Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.
Medicina.az Qafqazinfo-ya istinadla bildirir ki, bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.
O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.
V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.