Ötən gün Bakı şəhəri, Gəncə Prospekti 34 nömrəli binada dəm qazından zəhərlənərək ölən iki bacının meyitləri ailəyə təhvil verilib.
Məlum olub ki, həmin mənzildə kirayədə yaşayan Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Mustafazadə Aygün Elxan qızı və onun bacısı 1993-cü il təvəllüdlü Mustafazadə Aytən Elxan qızı Bakıda yerləşən şirkətlərin birində reklam agenti kimi işləyiblər.
Aytən və Aygün dəm qazından zəhərlənib ölən günü səhər saatlarında onların nənələri də kənddə dünyasını dəyişibmiş.