Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Çingiz Səbuhi oğlu Quliyev xəstəxanada dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç.Ş.Quliyev vəfat edib.
Azyaşlının ölüm səbəbi açıqlanmır.