Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bu barədə Bakupost.az -a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.