Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib.
Medicina.az -ın məlumatına görə, bu barədə məktəbdən məlumat verilib. bu həftənin I günündən etibarən təhsil müəssisəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: “Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən etibarən, martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.