Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda daha bir körpə ölümü

  • 2018.11.15 15:00
  • 6425 Baxış
Bakıda daha bir körpə ölümü
Bakıda yeni doğulan körpə ölüb.


Medicina.az-ın Trend-iə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.


Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.


Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.


Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.