Bakı sakini Lətifə Civəzadə "Baku City Hopsital”dakı şərait
və xidmətdən şikayətçidir.
Medicina.az-ın xəbərinə görə, şikayətçi deyir ki, "Baku City Hopsital”da müştəri xidmətləri çox
aşağı səviyyədədir, pasiyentlərə qarşı çox kobud və etinasız davranırlar.
L.Civəzadə deyir ki, klinikanın travmatologiya üzrə ixtisaslaşmasına
baxmayaraq, orada pandus belə yoxdur: "Pilləkənləri tək ayaqla oppanaraq qalxıb
düşürsən. İnar adlı həkim adi bir sınığa elə foyedəcə dedi ki, əməliyyat
lazımdır, sonra ayağıma çox ağrılı manipulyasiya edərək səhv gips qoydu. Axşam
ağrılarım dözülməz həddə çatdıqda həkimə zəng etdim, cavabında isə "yəqin
çox sıxdı, gedin çıxarsınlar" deyildi, xəstəxanaya sınıqla gəlsəm də, nə
bülleten açıldı, nə əlimdə bir rentgen filmi var”.
Ayağındakı problemlə bağlı şəkilləri redaksiyamıza
təqdim edib.