Bakıda 1 direktor və 18 müəllim koronavirusdan vəfat edib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş zamanı BŞTİ-nin müdiri Mehriban Vəliyeva məlumat verib.
O bildirib ki, belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsi zəruridir.