Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda çimərlik və rayonları gözləyənlərə pis xəbər

  • 2020.07.20 17:40
  • 2538 Baxış
Bakıda çimərlik və rayonları gözləyənlərə pis xəbər

“Çimərliklərin bu gün açılmasına hazır deyilik. Bunu avqustun 5-nə kimi edə bilməyəcəyik”.

Bunu Operativ qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik. Çimərliklərdə məsafə saxlamaq mümkün deyil. Müştərilər yemək, qida alanda yoluxma riski artır".

Prezidentin köməkçisi rayonlara gediş-gəlişin də bərpasının hazırda mümkün olmadığını bildirib. "Deyirlər ki, Bakıdan rayonlara yol açılsa gedib evdə oturacaqlar. Bu, mümkün deyil. Rayona getmək riski artırır. Mənim də ailəm istəyir ki, rayonlara - Qəbələyə, İsmayıllıya getsin. Vəziyyəti nəzarət altına alan kimi ən birinci Bakıdan rayonlara gedişi açacağıq”.