Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda böyrəyi xəstə gənc qadın intihar fikrinə düşdü - Anasının böyrəyi ilə xilas edildi

  • 2018.11.23 17:02
  • 6442 Baxış
Bakıda böyrəyi xəstə gənc qadın intihar fikrinə düşdü -  Anasının böyrəyi ilə xilas edildi
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın ağır depressiv vəziyyətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə yerləşdirilib. Psixiatrik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda, pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb.


Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, psixiatrlar xüsusilə vurğulayıb ki, depressiyanın etimologiyası xəstənin çox həssaslıqla qəbul etdiyi hemodializ seansına bağlı olub.


"Xəstə bizə ağırlaşmış vəziyyətdə daxil olub. Situasiyanın mürəkkəbliyi xroniki böyrək çatışmazlığı ilə yanaşı, həm də ağır depressiv vəziyyətin mövcudluğunda idi. Psixiatrlar və pasiyentin yaxınları ən çox gənc qadının intihara cəhdinə görə ehtiyat ediblər. Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürüldü”, - cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan deyib.


Uğurla keçən əməliyyat sonrası pasiyent yenidən həyata dönüb. Psixi vəziyyəti isə anidən bərpa olunub. Bir neçə gündən sonra qadın və anası tam sağlam şəkildə evə yola salınıb.