Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda bu məktəb koronavirusa görə bağlandı

  • 2021.11.30 16:51
  • 2067 Baxış
Bakıda bu məktəb koronavirusa görə bağlandı



Bakıda daha bir məktəb fəaliyyətini distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 45 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.