Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

  • 2018.09.17 14:15
  • 7543 Baxış
Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilib
İki gün davam edən konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

Medicina.az xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivləri olub



Amerikalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin onkoloji xəstəliklərlə mübarizə üsullarını araşdırıb, burada aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb, mərkəzin beynəlxalq əməkdaşlıq strategiyasını öyrənib və işbirliyinə qərar veriblər.



Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar.

 

Həmçinin Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində Amerika Onkoloji Tibb Bacıları Cəmiyyəti tərəfindən onkologiya sahəsində çalışan tibb bacıları üçün kurs təşkil olunub. Təlimdə 50-dən çox tibb bacısı iştirak edib.

 



 

Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilib