Dializ xəstəsi olan gənc xanımın donoru bacısı olub.
"Medicina" xəbər verir ki, orqan köşürülməsi əməliyyatı Mərkəzi Klinikada olunub.
Transplantoloq Tariyel Nadirov bildirib ki, uzun müddət idi polikistik böyrək xəstəliyi səbəbilə böyrək çatışmazlığı yaranan və dializə girən xəstəni bacısı təkrar həyata bağlayıb.
Hazırlıqlar bitdikdən sonra əməliyyata alınan bacıların əməliyyat sonunda palata görüşündə sevindiklərini bildirib.
Transplantoloq hər ikisinin vəziyyəti və xəstənin kreatin dəyərləri tam normal olduğu üçün donoru evə yola saldıqlarını, yaxın günlərdə isə xəstəni evə göndərməyi planladıqlarını deyib.
Aygün