Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda azyaşlı uşaq maqnit uddu - Təcili əməliyyat edildi - FOTO

  • 2020.01.28 14:28
  • 14083 Baxış
Bakıda azyaşlı uşaq maqnit uddu -  Təcili əməliyyat edildi - FOTO
Bakıda daha bir uşaq maqnit udub.

Medicina.az Report-a istinadən xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.