COVİD-19 virusuna qarşı mübarizə məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində qabaqlayıcı tədbirlər davam etdirilir.
Medicina.az xəbər verir ki, artıq avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.
Qeyd edək ki, avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələrin quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdırma işləri yekunlaşıb.