Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

  • 2024.04.29 18:15
  • 812 Baxış
Bakıda atasını bıçaqlayan qız    xəstəxanaya yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


“Qaynarinfo”nun məlumatına görə, 1994-cü il tarixində Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixində, saat 13:30-da ailə münaqişəsi zəminində atasını döş boşluğundan bıçaqlayıb.

22 avqust 2023-cü il tarixində şübhəli şəxs qismində tutulan Ülviyyə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin psixi pozuntular nəticəsində hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub.

Məhkəmənin qərarına əsasən, Ülviyyə Şükürova Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.