Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ata qızına böyrəyini verdi - İkinci dəfə xilas oldu

  • 2023.02.23 15:37
  • 2407 Baxış
Bakıda ata qızına böyrəyini verdi   - İkinci dəfə xilas oldu

9 il əvvəl böyrək köçürülməsi olan qadın xəstənin 5 il sonra nahahatlıqları başladığı üçün nefroloq təqibində kontrollarını davam etdirib.

Son aylarda isə kreatin dəyərləri yüksəldiyi üçün artıq dializ və ya təkrar böyrək köçürülməsi qərarını vermək məcburiyyətində qalıb.

"Medicina" xəbər verir ki, transplantoloq Tariyel Nadirov xəstəni yenidən əməliyyata alıb.

Bu dəfə orqanı qızına atası verib.

Hər iki əməliyyat uğurla nəticələnib, pasiyentlərin vəziyyəti qənaətbəxşdir.

"Atasının bağışladığı böyrəklə təkrar sağlam həyata bağlanan xəstəmizin son kreatin dəyərləri tam normala gəldi. Əməliyyatdan 3 gün sonra donoru evə göndərdik. Sonra isə xəstəni evə yola saldıq, - Tariyel Nadirov qeyd edib.


Aygün Musayeva