Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ana, qızı və nəvəsi yanaraq öldü

  • 2025.03.19 13:10
  • 106 Baxış
Bakıda ana, qızı və nəvəsi yanaraq öldü

Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.

Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.