Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ana 1 yaşlı uşağının yeməyinə zəhər qataraq öldürdü

  • 2022.09.12 14:47
  • 1024 Baxış
Bakıda ana 1 yaşlı uşağının yeməyinə zəhər qataraq öldürdü

Bakıda qadın körpə övladını qətlə yetirib.


Medicina.az xəbər verir ki, Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.