Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 90 yaşlı qadının mədəsini GÖTÜRDÜLƏR

  • 2017.11.17 11:06
  • 13669 Baxış
Bakıda 90 yaşlı qadının mədəsini  GÖTÜRDÜLƏR
Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub.

 

Medicina.az xəbər verir ki, Tibb Universitetinin  ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, əvvəl xəstə müxtəlif klinikalarda müayinələrdən keçib. Lakin xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüks riskli xəstə olmasına görə  radikal əməliyyatın icrasından imtina olunub.

 

Söhbət mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişidən gedir.

 

"Düzünü deyim k, mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın.

 

Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulub Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur və fəxarət vericidir” - həkim bildirib. 

 

E.Ağayevin sözlərinə görə, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların  aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir. "Biz bu xəstə üçün kafadra əməkdaşlarının iştirakı ilə konsilium keçirdərək əməliyyatın icrasına qərar verdik”.

 

Həkim bildirdi ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir.