5 gündə 8 nəfər qarpızdan zəhərləndi
İyulun ilk 5 günü ərzində Kliniki Tibbi Mərkəzə 8 nəfər qarpızdan zəhərlənmə şikayətilə müraciət edib.
Medicina.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, iyul ayının ilk günlərində 8 nəfər qarpızdan zəhərlənmə şübhəsilə müraciət edib, onlar arasında dünyasını dəyişən, ağır vəziyyətdə olan müşahidə edilməyib. Şikayətçilərin hər biri müalicə olunaraq evə buraxılıb.