Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 6 kiloqramlıq körpə dünyaya gəldi

  • 2025.01.17 09:58
  • 263 Baxış
Bakıda 6 kiloqramlıq  körpə dünyaya gəldi
Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

Medicina.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Ananın və körpənin vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.