Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 55 yaşlı qadın ana oldu

  • 2025.01.11 16:51
  • 110 Baxış
Bakıda 55 yaşlı qadın ana oldu


Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.

"Medicina" xəbər verir ki, Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra süni mayalanma ilə hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.

Çəkisi 2 kq 690 qram olan oğlan uşağı dekabrın 30-da tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.

Süni tənəffüs aparatına qoşulan körpənin tənəffüsü bərpa olunub və bu gün evə buraxılıb.

MEDİCİNA.AZ