Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 5 ədəd maqniti udan 2 yaşlı uşağın əməliyyat anı – VİDEO

  • 2020.01.07 17:29
  • 3777 Baxış
Bakıda 5 ədəd maqniti udan 2 yaşlı uşağın əməliyyat anı –  VİDEO

Kiçik, dairəvi maqnitlər oyuncaqların içində olur. Körpə uşaqlar tərslikdən həmin maqnitləri çıxarıb udur. Bunu çox zaman valideyn məsuliyyətsizliyinə də bağlayırlar. Çünki hər oyuncağın öz yaş kateqoriyası var.




Medicina.az xəbər verir ki, Bakıda 2 yaşlı oğlan uşağı oyuncaq maşınla oynayarkən onun maqnitlərini udub. Valideynləri bunu bilməyib.

Sabahı qusma, qızdırma, qarında ağrılarla uşaq klinikaya çatdırılır.

Uşaq cərrah Fuad Hüseynov maqnitlərin bir –birinə yapışaraq artıq nazik bağırsağa keçdiyini dəqiqləşdirir.
Məcburən açıq əməliyyatla bağırsaq divarı kəsilərək, maqnitlər ordan çıxarıldı.

Uşaq normal vəziyyətdə evlərinə yazılıb.

Maqnitlərin bağırsaqdan çıxarılma anını təqdim edirik