Bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 43 yaşlı pasiyent müəssisənin ixtisaslı həkim və tibbi heyəti tərəfindən aparılmış düzgün müayinə və müalicələrin nəticəsində 13 il sonsuzluq sonrası qeysəriyyə kəsiyi üsulu ilə övlad dünyaya gətirib.
Yaşı 35-dən yuxarı olan hamilələr risk qrupuna aid olduğundan belə ana namizədlərinə hamiləlik öncəsi və 9 aylıq hamiləlik periodunda ciddi nəzarət və diqqət tələb olunur. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda belə risk qrupuna aid hamilələr həm ambulator, həm də stasionar şəraitdə müalicələrini davam etdirərək övlad sahibi olurlar.
Hamilə qadın mama-ginekoloq Gülnarə Əzimovanın nəzarəti altında hamiləliyini sağlam şəkildə sonlandırıb.