Bakıda 32 yaşlı kişi dəm qazından ölüb.
Medicina.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov qonaq gəldiyi evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.