Bakıda 3-cü sinif şagirdi qəfil dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, Nəsimi rayonunda yerləşən 8 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Fəxri Kərimov ürəktutmasından dünyasını dəyişib.
İlkin məlumata görə, uşaq gecə yatıb, səhər oyanmayıb.
Ailənin məlumatına görə,, indiyə qədər uşağın səhhəti ilə bağlı heç bir ciddi problemi olmayıb. /lent.az/