Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 3 aylıq körpənin yumurtalığından kist çıxarıldı

  • 2023.08.18 16:58
  • 6774 Baxış
Bakıda 3 aylıq körpənin yumurtalığından  kist çıxarıldı
3 aylıq qız uşağı valideynləri tərəfindən Mərkəzi Klinikaya gətirilib. Müayinələr zamanı uşağın yumurtalığında qarın boşluğu və çanağı tutan nəhəng ölçülü kistanın mövcud olduğu orta çıxıb.



"Medicina" xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Uzman həkim bildirib ki, nəhəng ölçülü kistaya bağlı yumurtalığın burulma, yəni itirilmə təhlükəsi olduğu üçün körpə məcburi əməliyyata alınıb. Əməliyyat qapalı yolla laparoskopik olaraq həyata keçirilib:

"Cərrahi əməliyyat zamanı kistanın içərisindən təqribən 150 ml maye boşaldılıb. Körpə qızın yumurtalığı qorunaraq kista çıxarılıb".


Aygün Musayeva