Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.
Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib.
Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.