“Paytaxtda olan əhali sayı ilə xidmətdə olan briqada sayı nisbətində uyğunsuzluq var”.
"Medicina" xəbər verir ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva REAL TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Bakıda təcili yardımda 139 briqada xətdə fəaliyyət göstərir:
“Bu, bir neçə il öncə ayrılan briqada sayıdır. Ümumiyyətlə, hər hansı region üzrə ayrılan briqada sayı qeydiyyatda olan əhalinin sayına uyğun ayrılır. Bakıda hazırda təxminən 2,5 milyon əhali rəsmi qeydiyyatdadır. Amma bir o qədər də qeyri-rəsmi qeydiyyatda yaşayan əhali var. Buna görə sayda uyğunsuzluq var".
Onun sözlərinə görə, gün ərzində təcili yardıma 3000-dək çağırış daxil olur.
Qeyd edək ki, təcili yardımda normada hər 10 min əhaliyə 1 briqada nəzərdə tutulub.
1 milyon əhalisi olan şəhərə sıxlıqdan asılı olaraq, 100 maşın və briqada lazımdır.
Bakıda isə 4 milyon əhalinin olduğunu nəzərə alsaq, normal briqada sayı 300-ü keçməlidir.
Bura Xırdalan şəhəri aid edilməməlidir.
Aygün