Bakıda 21 yaşlı qız dəm qazından ölüb.
Medicina.az xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Xanım İmanova kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.