Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 2 yaşlı uşaq 1 il nəfəs borusunda sümüklə yaşayıb

  • 2022.09.06 16:20
  • 1865 Baxış
Bakıda 2 yaşlı uşaq 1 il nəfəs borusunda sümüklə      yaşayıb

Azərbaycanda 2 yaşında qız 1 il ərzində nəfəs borusunda sümük parçası ilə yaşayıb.

Medicina.az xəbər verir ki, valideynlər onun 1 yaşı olanda balıq yediyi, həmin vaxy qızdırma, xırıltı başladğını bildirib.


Aparılan bütün müalicələrə baxmayaraq xırıltı, öskürək getdikcə artıb və tez-tez temperaturu yüksəlib.

Valideynləri uşağın vəziyyətinin getdikcə pisləşdiyini söyləyiblər. Azyaşlının vəziyyətinin ağırlığı ilə əlaqədar müraciət etdikləri klinikalarda qəbul etmədikləri üçün Mərkəzi Klinikaya müraciət ediblər.



"Ciddi risk daşısa da, uşağın rahat nəfəs alması üçün sümüyü nəfəs borusundan çıxarmaq məcburiyyətində idik. Bronxoskopiya işıqlı alətlə nəfəs borusuna girilərək çətinliklə olsa da sol ana bronxdan sümüyü problemsiz çıxarmağa nail olduq. Nəhayət ki, 1 ilin sonunda uşaq rahat nəfəs almağa başladı", - uşağı əməliyyat edən cərrah Fuad Hüseynov bildirib.

Aygün Musayeva