Bakıda 15 yaşlı qız (22.11.2006) özünü hündürmərtəbəli binadan atıb.
Kliniki Tibbi Mərkəzdən Bakupost.az -a bildirilib ki, çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardımla Mərkəzə gətirilib. O, reanimasiyaya yerləşdirilib.
Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmə hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır.
İntihara cəhd edən S.İ.-nin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında yerləşən binada anası ilə birgə kirayədə qaldığı bildirilir.