"10 yaşlı Əmanət körpəliyindən böyrək çatışmazlığından əziyyət çəkirdi. O, son aylarda həyatı göstərişlə hemodializ proqramına qoşulmuşdu".
Medicina.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, cərrah-transplantoloq Mircəlal Kazımi qeyd edib ki, Hospitalın komandasının gərgin əməyi nəticəsində uşağa böyrək transplantasiyası olunub.
"Ümid edirik ki, pasiyentimiz tez bir zamanda sağlamlığına qovuşar"