Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 gün əvvəl boğazından əməliyyat olunan azyaşlı öldü - VİDEO

  • 2024.09.26 11:36
  • 4414 Baxış
10 gün əvvəl boğazından əməliyyat olunan  azyaşlı öldü - VİDEO
Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.

Medicina.az qafqazinfo-ya istinadla xəbər verir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.

Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.