Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı və Sumqayıt əhalisi ən çox hansı xəstəliklərdən əziyyət çəkir?

  • 2021.11.18 17:05
  • 2305 Baxış
Bakı və Sumqayıt əhalisi ən çox hansı xəstəliklərdən  əziyyət çəkir?
Bu ilin oktyabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 897 mindən çox tibbi xidmət göstərilib.


Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.


Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 406 098 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 670 932-si ambulator, 226 394-ü isə stasionar şəraitdə göstərilib.

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (246), Nərimanov (245), Pirallahı (226), Səbail (214), Sabunçu (196), Nəsimi (193), Xəzər (161), Suraxanı (129), Qaradağ (80) və Xətai (79), Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 110 təşkil edib.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və sinir sistemi xəstəlikləri ilə bağlı olub

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.


Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 467 göndəriş verilib. Bu göndərişlərin 7402-si invaziv radiologiya, 3708-i radiologiya, 2639-u oftalmologiya, 1759-u urologiya, 1397-si ürək-damar cərrahiyyəsi, 855-i neyrocərrahiyyə, 274-ü travmatologiya, 206-sı kardiologiya, 21-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1206 təşkil edib.