Hazırda Azərbaycanda koronavirusa yoluxma faizi 47,8% olmaqla ən çox Bakı şəhərinin payına düşür. Daha sonra Gəncə-Qazax, Aran və Lənkəran bölgəsi gəlir.
Medicina.az xəbər verir ki, Bakıda ən çox yoluxma Yasamal rayonu 17% , Nəsimi rayonu 15% , Sabunçuda 14%, Binəqədi rayonunda 10,5% müşahidə olunur.
Bu rayonlarda bəzi müəssisələrdə kollektiv yoluxmanın payı olmuşdur.