Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək

  • 2019.06.04 16:11
  • 6202 Baxış
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) iyunun 7-9-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresini təşkil edəcək.
Konqresin media tərəfdaşı olan  medicina.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

 

"Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

 

Bundan başqa "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin XV Konfransı da təşkil olunacaq. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər iki ildən bir "Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir. "Ölkəmizdə fəaliyyətə başlayandan sonra bizim istəyimiz o idi ki, kardiocərrahiyyə sahəsində çalışan insanlar bir təşkilatda birləşsinlər və dünyadakı inkişaf etmiş mərkəzlərlə əlaqələrini qursunlar, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək-Damar Cərrahları Cəmiyyətinin bir hissəsi olsun. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də müxtəlif səviyyədə konfranslar, konqreslər, seminarlar təşkil etməkdir. Bunlardan ən böyüyü, artıq ənənəyə çevrilmiş "Bakı Ürək Günləri”dir”. Bu il Beynəlxalq Konqresin altıncı dəfə keçiriləcəyini deyən Kamran Musayev bu dəfə də konqresin ənənəyə uyğun olaraq, ölkə səhiyyəsində və kardiologiyasında özünəməxsus yer tutacağını bildirib.
 

 

"VI Konqresin daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı da bizim "Bakı Ürək Günləri” ilə birlikdə baş tutacaq. Bu da bizim beynəlxalq əlaqələrimizin inkişafı cəhətdən çox müsbət göstəricidir və artıq Azərbaycan səhiyyəsinin, Azərbaycan ürək-damar cərrahiyyəsinin də beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir”.
Dünyanın 15-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirak edəcəyi konqres zəngin proqramı ilə fərqlənir.
 

 

"Üç gün müddətində 6 kurs təşkil edəcəyik. Kurslar həkimlər, kardioloqlar, kardiocərrahlar, terapevtlər, təcili yardım həkimləri və tibb bacıları üçün təşkil olunacaq. 13-dən çox sessiyada biz kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən son nailiyyətləri bu sahənin dünyadakı ən aparıcı mütəxəssisləri ilə müzakirə edəcəyik. 15-dən çox ölkədən - ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Rusiya, Türkiyə və İrandan ən aparıcı mütəxəssislər tədbirə dəvət olunublar. Onlar öz təcrübələrini bizim yerli həmkarımızla bölüşəcəklər”, – deyə Kamran Musayev bildirib.
Professor onu da qeyd edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqresə 24 kredit balı verilib. Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək