Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.
"BakuPost"un məlumatına görə, Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova vəfat edib. Bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib
"Koronovirus BSU-dan da yan keçmədi. BSU-nun gözəl qızı, rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı şok içində, hamı kədər içindədir.
Mən ilk dəfə rektorumu belə dərd içində, "necə bir gəlini itirdik" deyə için-için ağlayan gördüm. Çox ağır dərddir. Bütün BSU kollektivinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!".