Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində iki avtomobilin iştirakı ilə ağır qəza baş verib.
"Medicina" xəbər verir ki, hadisə nəticəsində “Toyota Prius” markalı avtomobildə olan 2022-ci il təvəllüdlü Tuncay Quliyev dünyasını dəyişib.
Onun əkizi 2022-ci il təvəllüdlü Vüsal Quliyev, həmçinin valideynləri 1992-ci il təvəllüdlü Binnət Quliyev, 1995-ci il təvəllüdlü Sədaqət Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.