Bakıda gənc güclü psixotrop dərmanı dozadan artıq qəbul etdiyinə görə ölüb.
Medicina.az xəbər verir ki, Keşlə kənd sakini, 1981-ci il təvəllüdlü R.Xıdırov kəskin "dərman zəhərlənməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Bir müddət sonra xəstə ölüb.
Qeyd edək ki, paytaxtda narkotik və psixotrop dərmanların həddən artıq qəbulu nəticəsində ölüm hallarına çox rast gəlinir.
Məhkəmə tibb ekspertiza mütəxəssisləri psixostimulyasiyaedici dərmanlar almağın narkotik almaqdan daha asan olduğunu və buna görə sintetik dərman istifadə edənlərin sayının hər gün artdığını deyib.