Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı Sağlamlıq Mərkəzindən- YENİLİKLƏR

  • 2019.12.03 16:59
  • 3243 Baxış
 Bakı Sağlamlıq Mərkəzindən-  YENİLİKLƏR

Bakının böyük və tam profilli xəstəxanalarından biri Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunub. Əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir, çoxprofilli Mərkəzin tikintisi həyata keçirilib.

Dövlət başçısı Prezident İlham Əliyev 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak edib, 2014-cü il mart ayının 17-də isə mərkəz əhalinin istifadəsinə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I vitse prezident Mehriban Əliyeva açılışda iştirak ediblər. Cənab İlham Əliyev tərəfindən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Medicina.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzi indi həkim komandasını yeniləyərək, təkmilləşərək və daha müasir müayinə və müalicə metodlarını bir araya gətirərək, fəaliyyətində yeni istiqamət alıb.

Artıq BSM-in yeni feysbuk səhifəsi fəaliyyətə başlayıb. Burada mərkəzin xidmətləri, həkimləri ilə tanış ola bilərsiniz.

Mərkəzin rəhbəri Asiman Həsənovdur.