Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı Sağlamlıq Mərkəzində Zərifə Əliyevanın 100 illiyi münasibətilə tədbir təşkil olundu - FOTO

  • 2023.04.27 09:11
  • 1201 Baxış
Bakı Sağlamlıq Mərkəzində Zərifə Əliyevanın 100 illiyi münasibətilə tədbir təşkil olundu -  FOTO
Bakı Sağlamlıq Mərkəzində Akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə tədbir təşkil olundu.


Medicina.az xəbər verir ki, görüşdə Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında bəhs edildi.

Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənov bildirdi ki, Akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı olaraq mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Asiman Həsənov həmçinin vurğuladı ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Zərifə xanım Əliyeva bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanıbdır.


Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, t.e.d., professor Paşa Qəlbinur Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs etdi. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etdi.


Tədbirin sonlarında böyük xidmətləri, çoxillik elmi-tədqiqat işləri ilə zəngin həyat yolu keçirmiş Zərifə Əliyeva haqqında hazırlanmış video çarx izlənildi. Bugün, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğu vurğulandı. Bildirildi ki, akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. O görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi. Akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdən sonra Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edilərək, məzarı üzərinə gül dəstələri qoyuldu.