“Bakı metropoliteni”nin bu gün 2 əməkdaşı qəfil vəfat edib.
Medicina.az xəbər verir ki, qurumun Tikinti departamentinin Dəmir yolunun Tikintisi və Əsaslı Təmir İşləri üzrə Dəstəsinin rəisi 1959-cu il təvəllüdlü Babaşxan Baxışov bu gün işə gələrkən ürək tutmasından yolda dünyasını dəyişib.
O, 2017-ci ildən “Bakı Metropoliteni”ndə çalışırdı.
Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki də işə gələrkən metroda dünyasını dəyişib.
Allah rəhmət eləsin!