Metrodan pik saatlarda və uzun məsafə qət edib, dolu vaqonlarla gəlib gedənlər daha çox insana yaxın olduğundan koronavirusa yoluxma ehtimalı bir qədər artır.
Artıq Avropada aktiv stansiyalardan istifadə edən təbəqə arasında yoluxma statistikasının yüksək olduğu araşdırılıb.
Medicina.az Bakı sakinləri üçün metrodan necə təhlükəsiz istifadə etmək barədə 5 sadə məsləhəti təqdim edir:
- Metroya düşəndən çıxana kimi əlinizi heç yerə toxundurmamağa və əlinizi üzünüzə, saçınıza, burnunuza aparmamağa fikir verin
- Metroya düşərkən tibbi əlcək taxıb, metrodan çıxandan sonra dərhal onları çıxarıb atın
- Yalnız metroda mütləq maskanı burunun üzərinə kimi çəkin
- Maksimum insanlarla üz-üzə dayanmaqdan çəkinin. Arxanız insana tərəf durun
- Mümkündürsə işdən, dərsdən çıxdığınız dəqiqə vaqonlar dolu olursa, bir qədər özünüzü yubadıb daha boş vaxtı gözləyin.
- Yaxşı olar ki, metroya düşərkən təzə maska taxıb, çıxdıqdan sonra o maskanı çıxarıb zibilqabına atasız. Metroda taxdığınız maskada günboyu və digər yerlərdə qalmayın
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.