Bakı metrosunun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.