“Bakı Metropoliteni” QSC ötən gün əməkdaşlarından birinin iş başında vəfat etdiyinə dair yayılan məlumatlara aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, oxu.az-a QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.
O bildirib ki, ötən gün axşam saatlarında metropoliten əməkdaşı vəfat edib:
“Dünən 20:00-21:00 arasında Kliniki Tibbi Xəstəxanada həqiqətən də metropolitenin əməkdaşı - 63 yaşlı Məlikəli Əliyev dünyasını dəyişib. O, Elektrik təchizatı xidmətinin elektrik yarımstansiyaları distansiyasının elektrik mexaniki olub.
Lakin iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı iddia olunanların heç bir əsası yoxdur. O, cümə günü işdə özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında öz funksiyalarını yerinə yetirib. Gecə halı pisləşib və təcili tibbi yardım dəvət olunub. Xəstəxanaya yerləşdirilib. Diaqnozu insultdur. Ümumən bununla bağlı Dövlət Əmək Müfəttişliyinə də məlumat verilib”.