Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputatın vəziyyəti pisləşib.
Paneldə çıxış edən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun səhhətində problem yaranıb.
O, çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.
E.İhsanoğlu iclas zalından çıxarılıb, ona yardım edilib.
Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir". (apa)