Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb – SİYAHI

  • 2017.11.29 12:23
  • 14366 Baxış
Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb –  SİYAHI
"Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda - həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”.

 

Medicina.az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.


O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: "Bu rəqəmlər çox kiçik göstəricilərdir. Təxminən, müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz”.


Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumata görə, mövsümi qripdən hər il 3 – 5 milyon nəfər ağır formada xəstələnir.