Bakı Baş Səhiyyə Mərkəzi Publik Hüquqi Şəxsi məhkəməyə verilib.
"Medicina" xəbər verir ki, mərkəzdə diaqnostika şöbəsində radiasiya təhlükəsizliyi ilə bağlı pozuntu aşkarlanıb. Buna görə də, Bakı Baş Səhiyyə Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Aygün M